Musiqi
Musiqi

“Mamagama”nın yeni üzvləri onlardır

“Mamagama”nın yeni üzvləri onlardır

“Avroviziya-2023”də təmsilçimiz olmağa layiq görülən 5 namizəddən biri də “Mamagama” qrupudur.

OLAY yazır ki, sözügedən qrupun fəaliyyəti və üzvləri də insanlar arasında xüsusi marağa səbəb olub. “İctimai” televiziya hər bir namizəd haqqında tanıtım çarxını təqdim edib.

Görüntülərdə qrupun solisti Safael və yeni üzvləri Allahverdiylə Bəhruz bir-biri ilə tanışlığı, fəaliyyətə başlamaqları haqda danışıb.

Qeyd edək ki, “Mamagama” daha əvvəl Safael və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. Onlar hətta Albaniyada keçirilən 23-cü “Kenga Magjike” festivalında ölkəmizi təmsil edərək,“Best new international artist” kateqoriya üzrə qalib olub. “Avroviziya” üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.