Musiqi
Musiqi

Beyonsa görə “Qremmi”ni tənqid etdi

Beyonsa görə “Qremmi”ni tənqid etdi

Məşhur rejissor Spike Li “Qremmi” musiqi mükafatlarını tənqid edib. 

OLAY yazır ki, buna səbəb dünya ulduzu Beyonsun “İlin ən yaxşı albomu” ödülünə layiq görülməməsi olub. Rejissorun sözlərinə görə, onun bu şübhələri ifaçının həmin kateqoriyada 4 dəfə namizəd olmasına baxmayaraq qazana bilməməsidir:

“Mən Beyonsun fan klubunu idarə etmirəm. Amma onun işinin pərəstişkarıyam və ona hörmətim var. Bilirəm ki, o, bir neçə dəfə digər kateqoriyalarda mükafat qazanıb. Lakin onun albomları niyə ödülə layiq görülmür? Mən nə Adeli, nə də onu bu nominasiyada məğlub edən Herri Staylesi incitmək istəyirəm. Bu, onların günahı deyil. Ancaq mükafat səslərinin hesablanması ilə bağlı böyük şikayətlərim var”.