Türkiyə və Suriyada baş verən faciədə zərərçəkənlərə yardım məqsədilə Nyu-Yorkda konsert keçiriləcək.
OLAY yazır ki, bu barədə aktrisa Meltem Cumbul sosial şəbəkə hesabında məlumat paylaşıb. Sənətçi tədbirdən əldə edilən bütün gəlirin zəlzələ qurbanları üçün ianə olunacağını qeyd edib.
18-19 fevralda baş tutacaq konsertdə bir çox türk və xarici sənətçilər çıxış edəcək. Selçuk Şirinin aparıcılıq edəcəyi gecədə M. Cumbulla birgə Engin Günaydın, Fatma Turqut və başqaları yer alacaq.