İtaliya Avroviziya-2022 mahnı müsabiqəsindən əldə etdiyi gəlirin miqdarını açıqlayıb.
OLAY yazır ki, bu barədə ev sahibi Turinin Ticarət Palatasının prezidenti Dario Qallina məlumat verib. Mayın 9-dan 14-ə qədər aparılan araşdırmaya görə, Turin 22,8 milyon avro gəlir əldə edib.
Turində keçirilən Avroviziya tədbirlərini ümumilikdə 128 min insan ziyarət edib. 70 min nəfərin Turindən, 58 min nəfərin isə Turindən kənardan gəldiyi açıqlanıb. Tədbirlərə 58 min nəfərdən 6 min nəfəri Piemont bölgəsindən, 27 min nəfəri İtaliyadan və 25 min nəfəri İtaliyadan kənardan qatılıb.
Ən çox turistin İspaniya, Böyük Britaniya, Almaniya və Fransadan gəldiyi açıqlanıb. Tamaşaçıların sayını 75,6%-lə 18-35 yaş arası gənclər təşkil eedib. Turistlərin ümumilikdə 11 milyon avro xərclədiyi açıqlanıb. Lakin şəhərə gələnlərin 41,3%-i oteldən kənarda qalmağa üstünlük verib.