Kanadalı müğənni Castin Biber bütün musiqi arxivini “Hipgnosis Songs Capital”a satıb.
OLAY yazır ki, müqavilənin şərtləri ictimaiyyətə açıqlanmayıb. Fransanın AFP xəbər agentliyi iddia edir ki, Biber bunun qarşılığında 200 milyon dollar ödənilib.
Müqavilə 28 yaşlı Biberin 31 dekabr 2021-ci ilə qədər yazılmış bütün mahnılarını əhatə edir.
290 mahnı arasında “Baby” və “Sorry” son illərin ən çox dinlənilən pop mahnıları sırasındadır.