Musiqi
Musiqi

Peris Hilton ana oldu

Peris Hilton ana oldu

Dünyaca məşhur model Peris Hilton ana olub.

OLAY yazır ki, hələ evlənmədən əvvəl surroqat ana axtarışında olan Parisin övladı dünyaya gəlib. Bu barədə o, instaqram hesabında məlumat verib.

Dünən axşam körpəsinin balaca əlindən tutaraq çəkdirdiyi fotonu səhifəsində paylaşan Paris dünyaya ana olduğu müjdəsini verib. Uşaq sahibi olmağa cəhd etdiyi, lakin hamilə olmadığı bilinən Paris Hiltonun verdiyi körpə xəbəri hər kəsi təəccübləndirib.

Qeyd edək ki, P. Hilton iş adamı Karter Reum ilə evlənib.