“Vatinkanda, Roma Papasının müavinin qarşısında çıxış etmişdim. Böyük bir kilsənin zalında mikrofonsuz oxudum”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Zaur Əmiraslanov “1azTV” proqramında qonaq olarkən deyib. Müğənni Avropa ölkəsində başına gələn maraqlı əhvalatlardan danışıb.
“Akustikası gözəl idi. Lakin özüm üçün oxuyurdum, müavin mürgüləyirdi. Yəqin ki, musiqi yaxşı idi, ona xoş təsir edirdi. Çıxışım bir saat idi. Repertuarımın yarısı Azərbaycan, yarısı da klassik dünya musiqisi idi”,- deyə Zaur bildirib.
O, daha sonra Antraktidada olmaq istədiyini vurğulayıb:
“Elə istəyirəm ki, Antraktidaya gedim, orada pinqvinlərlə şəkil çəkdirim. Pinqvinlər istəsələr, onlara konsert verərəm”.
Aparıcı Şəhriyar Əbilov yumoristik şəkildə Əməkdar artist Elza Seyidcahanın adını çəkərək “siz narahat olmayın, Zaur yalnız pinqvinlərə konsert verəcək”,- deyə bildirib.