Musiqi
Musiqi

Gülşenlə bağlı daha bir məhkəmə qərarı

Gülşenlə bağlı daha bir məhkəmə qərarı

İmam Hatip liseyinin tələbəsi Furkan Deyirmenci adlı şəxs müğənni Gülşeni məhkəməyə vermişdi.

OLAY yazır ki, o, sənətçinin onu təhqir etdiyini bildirmişdi. Məhkəmə bununla bağlı qərar verib. Təzminat tələbinin rəddi tələb olunub. Məhkəmə tələbi qəbul edib.

Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib.

Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunub. O, daha sonra Ali Məhkəməyə müraciət edib. Gülşenin həbsi cəmiyyətəd etirazla qarşılanıb. Onun bir çox sənət dostu paylaşım edərək azadlığa buraxılmasını istəyib. Hətta ABŞ-ın Xarici İşlər Nazirliyi də sənətçinin həbsinə reaksiya verib.