Musiqi
Musiqi

Dünyada ən çox dinlənilən 100 mahnıdan biri oldu

Dünyada ən çox dinlənilən 100 mahnıdan biri oldu

Mabel Matiz və Mert Demirin “Antidepresan”ı rekordunu təzələyib.

OLAY yazır ki,  “Spotify”da bir gündə ən çox dinlənilən mahnı ünvanını alan layihə “Billboard Global 100” siyahısına da girib.

Qeyd edək ki, “Antidepresan” 4 noyabrda təqdim edilsə də, yüksəlişə bir ay sonra keçib. Yutubda isə yalnız bir fotoyla paylaşılan mahnı 28 milyondan çox dinlənilmə sayı toplayıb. Həmçinin trek “Yalı çapkın”ı serialının instaqramda 5,1 milyon, yutubda isə 2,7 milyon izlənilmə sayı yığan treylerində istifadə edilib.

Onu da bildirək ki, “Antidepresan”ın söz və musiqisini hər iki sənətçi birlikdə yazıb.