Əməkdar artist Bəyimxanım Vəliyeva Sənətşünaslıq üzrə fəlsəfə doktoru olub.
OLAY yazır ki, bu barədə Vəliyeva instaqram hesabında məlumat yayıb. O, elmi dərəcə alması ilə bağlı bunları yazıb:
“Düz 8 il bu gün üçün zəhmət, əziyyət, stress, gərginlik, həyəcan, yuxusuz gecələr, bəzən göz yaşları və daha nələr...
Ən önəmlisi isə o idi ki, sonunda gözəl nəticə ola da bilərdi, olmaya da bilərdi. Çünki, hər müdafiənin sonu diplom almaqla nəticələnmir. Lakin, Uca Allahımın gücü, dəstəyi, köməyi ilə 8 illik əziyyətimin bəhrəsini bu gün almaq mənə qismət oldu”.