Musiqi
Musiqi

TikTok-da trend oldu, azərbaycanlılara “sağ ol” dedi

TikTok-da trend oldu, azərbaycanlılara “sağ ol” dedi

Hip-hop və rep ifaçısı Qanvestin “Na rakhat” mahnısı təkcə Qazaxıstanda deyil, o cümlədən Azərbaycanda kifayət qədər populyardır.  

OLAY yazır ki, sözügedən trek azərbaycanlı TikTok istifadəçiləri tərəfindən trend olunub. Belə ki, son 1 həftədir minlərlə şəxs sözügedən mahnı sədaları altında videolar çəkdirərək platformada paylaşırlar. 

Qanvest buna görə a azərbaycanlı pərəstişkarlarına təşəkkür edib: “Çox şadam ki, bu mahnı ilə biz bir çox ölkələri birləşdiririk”.