Türkiyənin meqastarı Tarkan yeni ili Misirdə qarşılayacaq.
OLAY yazır ki, sənətçi 31 dekabr gecəsi səhnə alacaq. Tarkan bu təklifi otel sahibinin israrlarından sonra qəbul edib.
O, qızı Liya və xanımı Pınar Tevetoğlunu da özü ilə aparacaq. Sözügedən konsert üçün müğənniyə 5 milyon türk lirəsi ödəniləcək.