Türkiyəli müğənni Tarkan uzun müddətdən sonra yeni mahnısını sevənlərinə təqdim edəcək.
OLAY yazır ki, müğənni Londonda aranjimançı Ozan Çolakoğlu ilə birgə mahnılarını hazırlayır. Məlumata görə, o, musiqilərdən birini dinləyicilərinə yeni il hədiyyəsi kimi dekabr ayında yayımlayacaq.
Qeyd edək ki, Tarkan ən son “10” adlı albomunu 2017-ci ildə çıxardıb. O, qızı Liya doğulduqdan sonra uzun müddət Almaniyada yaşayıb.