Musiqi
Musiqi

Krisin kimyəvi axtalanması ola bilər

Krisin kimyəvi axtalanması ola bilər

Məşhur EXO qrupunun keçmiş üzvü, Çin əsilli kanadalı müğənni Kris Vu təcavüzə görə kimyəvi kastrasiya (axtalanma) ilə üzləşə bilər. 

OLAY yazır ki, bu barədə Çin mətbuatına istinadən HypeBae nəşri məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, Vu Çində 13 il həbs və deportasiyaya məhkum edilib, bunun dəqiq nə vaxt həyata keçiriləcəyi qeyd olunmayıb.

Müğənni 2021-ci ilin yayında saxlanılıb. Məhkəmə Kris Vunun üç qadını sərxoş etdikdən sonra 2020-ci ilin noyabrından dekabr ayına kimi cinsi əlaqəyə məcbur etdiyi qənaətinə gəlib.

Bundan əlavə, o, 2018-ci ildə daha iki qadına təcavüz etməkdə ittiham olunub. Həbs müddəti ilə yanaşı, sənətçi vergidən yayındığına görə 84 milyon dollar cərimə ödəməyə məhkum edilib.