Musiqi
Musiqi

Üç il sonra barışıq oldu

Üç il sonra barışıq oldu

Uzun müddətdir küsülü olan müğənnilər-Murat Dalkılıç və Berkay Şahin barışıb. 

OLAY yazır ki, onların məclislərin birində görüşdüyü qeyd olunub. Bildirilib ki,  iki sənətçi sözügedən məkanda birgə duet də oxuyublar. 

Qeyd edək ki, Murat və Berkayın küsməsinə səbəb futbolçu Arda Turan olub. Restoranların birində A. Turan Şahinin həyat yoldaşı Özlem Ada Şahinə qarşı qeyri-etik ifadələr səsləndirib. Hətta onlar məhkəməlik olublar. Bunun ardınca Dalkılıçın Turanla görüntülənməsi Şahinin 20 illik dostluğunu bitirməsinə səbəb olub.