Musiqi
Musiqi

Alessandro Safina azərbaycanlı musiqiçilərlə eyni səhnədə!

Alessandro Safina azərbaycanlı musiqiçilərlə eyni səhnədə!

Dünyaca məşhur italyan tenor Alessandro Safina Bakıda konsert verib.

OLAY yazır ki, sənətçi ötən gün Heydər Əliyev sarayında səhnəyə çıxıb.

Onu Qara Qarayev adına Azərbaycan kamera orkestrinin müşayiət edib. Konsert zamanı dünya şöhrətli italyan tenoru, ona uğur gətirən yeni kompozisiyalar və bütün sevilən hitlərini səsləndirib.

Fotolar: Ramin Aslanov