Musiqi
Musiqi

“Little big” dağıldığını açıqladı

“Little big” dağıldığını açıqladı

“Avroviziya-2020” Rusiya namizədləri “Little big” qrupunun üzvləri dağıldığını açıqlayıb.

OLAY yazır ki, bu haqda qrupun rəsmi instaqram hesabında məlumat paylaşılıb.

Onlar fəaliyyətinə iki nəfərlə davam edəcəklərini bildirib. Belə ki, qrup üzvləri İlya Prusikin və Sonya Tayurskayanın ABŞ-da, Sergey Makarovla Anton Lissovun isə Rusiyada qalacağını qeyd edilib.

“Əziz dostlar, hazırda qrup İlya və Sonya ilə davam edəcək. Sergey və Anton “Little big”in fəaliyyətində iştirak etməyəcək”, - deyə, məlumatda vurğulanıb.

Sözügedən açıqlamadan sonra qrupun pərəstişkarlarından sərt reaksiyalar gəlib.

Qeyd edək ki, İlya və Sonya müharibə səbəbindən Los-Ancelesə sığınıb.