Rus estrada müğənnisi Niletto konsertdən narazı qalan pərəstişkarına biletin pulunu qaytarıb.
OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Sənətçinin dinləyicisi iztehza ilə onun səsinin pis olduğunu deyib. Niletto buna cavab kimi ona 4 min rubl köçürüb.
Həmçinin daha onun konsertinə gəlməməyini istəyib. Bundan əlavə, həmin şəxsin biletə 100 min rubl ödədiyi bildirilib.