“Avropanın ən böyük səhnələrindən birində çıxış etmək mənə inanılmaz emosiyalar və adrenalin verdi”.
OLAY yazır ki, bu sözləri müğənni Samirə Əfəndi ötən günlərdə Amsterdamda çıxış etdiyi “Het Grote” musiqi festivalındakı çıxışı barədə yazıb.
O, səhnə aldığı gecə barədə fikirlərini belə ifadə edib:
“Ölkəmi bir daha bütün Avropada təmsil etmək fürsətinə malik olduğum üçün fəxr edirəm. Həqiqətən fəxr edirəm ki, Azərbaycanın bayrağı dünyanın müxtəlif yerlərindən gələn minlərlə insanın əlində dalğalanırdı”.
Qeyd edək ki, sənətçi gecədə “Mata Hari” mahnısını səsləndirib.