Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum müğənni Ahmet Kayanın nəşini Fransadan gətirtmək istədiyini açıqlayıb.
OLAY yazır ki, Ərdoğan ailəsinin icazəsi olsa, bunu həyat keçirməyi dilədiyini bildirib:
“Bu təklifimizi müzakirə edirik. Çünki bu torpaqlar onundur. Yetər ki, ailəsi bu məsələdə qərar versin”.
Qeyd edək ki, sənətçi 16 noyabr 2000-ci ildə Parisdə dünyasını dəyişib. Orada “Père Lachaise” qəbirstanlığında torpağa tapşırılıb.