Ukraynalı rejissor Aleksey Krupina müğənni Narmeen üçün “Tənhalıq” mahnısına yeni klip çəkib.
OLAY yazır ki, bu, artıq onların dördüncü əməkdaşlıqlarıdır. Sənətçinin yeni mahnısı və klip sevdiyi insandan ani ayrılması haqqındadır. Qəhrəman çətin günlər yaşayır, nəticədə tənhalıq və gələcək qorxusu ilə yaşamağa başlayır. Bu an, həyatın rəngsiz və yalnız qara zolaqdan ibarət olduğunu sanır.
Hadisələr qəzadan sonra cərəyan edir. Travma almış beyin şüuru, başqa bir reallıq yaradır. Harada qəhrəmanımız sirli gözəllik salonuna düşür, burada onun hekayəsi yaradılır və bunun vasitəsi ilə qəhramınımızın komada olduğu vaxt ərzində o, realda olan həyatını anlayır və bütün suallarına cavab tapır.
Musiqinin müəllifi müğənni ifaçının özü, sözlərin müəllifi Tofig Yadigardır.
Kompozisiyanı elektron səslər, eləcə də lirik pop sinqllarından daha çox rəqs musiqisini xatırladan canlı elektrik gitara səsi tamamlayır. Müğənni və aktyorların obrazları üzərində böyük bir komanda çalışıb. Kukla obrazını iranlı dizayner Faranak Şancan, saç stilisti Nərgiz Süleymanova həyata keçirib.
Qeyd edək ki, Narmeen “Səs Azərbaycan” televiziya layihəsinin iştirakçısı, “Eurovision” seçmə mərhələsinin finalçısı olub.