Dünyaca məşhur müənni Madonnanın 26 yaşlı qızı Lurdes Maria Çikkone Leon yeni klipini təqdim edib.
OLAY yazır ki, bu barədə o, instaqram hesabında məlumat paylaşıb.
“Lolahol” adı ilə tanınan ifaçı “Cuntradiction” mahnısını ekranlaşdırıb.
Diqqət çəkən məqam isə onun alt paltarında atı yəhərləməsi və yarılçılpaq rəqs etməsi olub. Həmin kadrlar sosial şəbəkədə birmənalı qarşılamayıb.
Xatırladaq ki, Lurdesin atası Madonnanın 90-cı illərin sonlarında görüşdüyü şəxsi fitnes məşqçisi və aktyor Karlos Leondur.