Fotosessiya
Fotosessiya

Kral Çarlz və yoldaşına yumurta hücumu

Kral Çarlz və yoldaşına yumurta hücumu

Britaniya kralı III Çarlz və həyat yoldaşı Kamilla yumurta hücumuna məruz qalıb.

OLAY yazır ki, hadisə cütlüyün York şəhərinə rəsmi səfəri zamanı baş verib.

Kral şəhər rəsmilərilə söhbət edərkən ona izdiham arasından üç toyuq yumurtası atılıb.

Həmin anları “Sky News” telekanalının operatoru lentə alıb.

Kral ailəsinə yumurta atan şəxs saxlanılmazdan əvvəl “Bu ölkə qulların qanı üzərində qurulub”, - deyə, qışqırıb. Ətrafdakı insanlar isə “Tanrı Kralı qorusun!”, - deyərək Çarlzı dəstəkləyiblər.