Fotosessiya
Fotosessiya

“Survivor”dan sonra psixoloji dəstək alıb

“Survivor”dan sonra psixoloji dəstək alıb

“Survivor-2020” qalibi, müğənni və aktyor Cemal Can Cansever yarışmadan qayıtdıqdan sonra psixoloji cəhətdən çətin günlər yaşadığını bildirib.

OLAY yazır ki, bu haqda sənətçi “Bambaka söhbetler” proqramına qonaq olarkən danışıb.

“Adadan çıxıb normal həyatıma qayıtdıqda sanki ömrümdən 10 il sonraya getmiş kimi idim. Baxdım ki, məni milyonlarla insan izləyir. Orada xəbərim yox idi. əvvəlcə dedim ki, öz psixologiyamı düzəltməliyəm. Hamı zəng edib təkliflər edirdi, amma mənim ən əsas özümə qayıtmağım lazım idi. Özümü otağa həbs etdim, sadəcə ailəmlə görüşdüm. Sosiallaşmaqda çətinlik yaşadım. Bir ay yarım psixoloqdan dəstək aldım”, - deyə, Cemal qeyd edib.