Dünyaca məşhur müğənni Selena Qomezin söylədiyi fikirlər gündəm yaratmağa davam edir.
OLAY yazır ki, sənətçi şou sektorunda həqiqi dostunun Teylor Svift olduğunu bildirib. Bu açıqlama Selenanın rəfiqəsi Francia Raisanın xoşuna gəlməyib. O, həmin paylaşıma “ilginç” şərhini yazıb və ifaçını instaqramda izləmədən çıxarıb.
Qeyd edək ki, Francia illər əvvəl səhhəti pisləşən Qomezə böyrəyini bağışlayıb.