Fotosessiya
Fotosessiya

“Bakılı oğlanlar”ın üzvü erməni aparıcını işə götürdü

“Bakılı oğlanlar”ın üzvü erməni aparıcını işə götürdü

Rusiyanın NTV kanalının baş prodüseri, “Bakılı oğlanlar” KVN komandasının üzvü Teymur Vaynşteynin rəhbərlik etdiyi “Weit media”nın yeni layihəsinin aparıcısı dəfələrlə anti-Azərbaycan müraciətləri edən erməni əsilli teleaparıcı Qarik Martirosyandır. 

OLAY-ın məlumatına görə, istər müharibə dövründə, istərsə də, müharibədən sonra Azərbaycan əleyhinə çıxışlar edən Martirosyan gələn il yayımlanacaq “Konfetka” adlı musiqi proyektinə aparıcılıq edəcək. 

Vətənpər mövzuda hər zaman özünü irəli “atan”, anti-Azərbaycan layihələri, çarxları və çağırışlarında ən aktiv simalardan olan Martirosyan “Maska” şousunda münsif olan zaman proqramın sponsoru Azərbaycan çay brendini içməkdən də imtina etmişdi. Belə ki, Qarikdən başqa dörd münsif heyətinin Filip Kirkorov, Valeriya, Reqina Todorenko və Timur Rodrigesin qarşısında “Azərçay”ın loqosu olan fincanlar yer almışdı.

Məlumat üçün bildirək ki, “Weit media” televiziya proqramları, eləcə də bədii filmlər və seriallar istehsal edən şirkətdir. 2009-cu ilin avqustunda təsis edilib və onun təsisçisi Teymur Vaynşteynin soyadının ilk üç hərfi (Vai) və adının ilk hərfinin (T) şərəfinə adlandırılıb. 

2015-ci ilin sonuna qədər Vaynşteyn “White Media”nın təkcə yaradıcısı deyil, həm də baş prodüseri olub.