Fotosessiya
Fotosessiya

Kamilin nikahı oldu

Kamilin nikahı oldu

Müğənni Kamil Cəfərov nikah bağladığını açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat paylaşıb:

“Dostlar, artıq mən də subaylığın daşını atdım. Artıq rəsmi evliyik. Allah bütün subaylara xeyirli evlilik qismət etsin. İnşallah, toyda görüşmək ümidi ilə”.

Xatırladaq ki, məclis 14 noyabrda baş tutacaq. Sənətçinin ötən həftələrdə baş tutan toyuna yalnız kişilər dəvət olunsa da, bu dəfə xanımlar da iştirak edəcək.