Fotosessiya
Fotosessiya

Fatimə hamiləliyini buna görə gizlədirmiş

Fatimə hamiləliyini buna görə gizlədirmiş

İnfluenser Fatimə Əhmədova (UlviFatime) ana olacaq. 

Bu barədə OLAY-a cütlüyün yaxınları məlumat verib. Qeyd olunub ki, yumoristik videoları ilə populyar olan Fatimə riskli hamiləlik dövrü keçirir. Bu səbəbdən o, ictimaiyyətdən bu məlumatı gizli saxlayır. 

Qeyd edək ki, bir müddət əvvəl influenser foto paylaşmış, xarici görünüşündəki dəyişiklik diqqət çəkmişdi. Lakin o, iddiaları nə təsdiq, nə də inkar etmişdi. 

Xatırladaq ki, Fatimə Ülvi Mustafayevlə evlidir. Cütlüyün bu nikahdan iki övladı var.