Oğlu Karan ilə birlikdə reklam çarxına çəkilən aktrisa Fahriye Evcenin əldə etdiyi gəlir ortaya çıxıb.
OLAY yazır ki, sənətçinin özünə 2 milyon, Karana isə 500 min türk lirəsi ödəniş edilib. Ümumilikdə Fahriye 2 milyon 500 min qazanıb.
Bildirilib ki, o, yenidən həmin marka üçün obyektiv qarşısına keçəcək. Hətta Fahriye bu dəfə reklam çarxında mahnı da oxuyacaq.