30 yaşlı Selena Qomez etiraf edib ki, bir neçə il əvvəl ona diaqnoz qoyulan bipolyar pozğunluğun müalicəsi səbəbindən hazırda hamilə qala bilmir.
OLAY yazır ki, sənətçi bu barədə “The Rolling Stone” jurnalına verdiyi yeni müsahibəsində danışıb.
Müğənni və aktrisa gələcəkdə ailə həyatı qurmaq və ana olmaq istədiyinə aydınlıq gətirib.
Selena qeyd edib ki, bipolyar pozğunluğunun müalicəsi üçün qəbul etdiyi ağır dərmanlara görə hamiləliyi planlaşdırmadan əvvəl tam detoks etməli olacaq.