Tvitter milyarder İlon Mask tərəfindən satın alındıqdan sonra işçilərini ixtisar etməyə başlayıb.
OLAY yazır ki, marketinq, ictimaiyyətlə əlaqələr, süni intellekt sistemlərinin işinin monitorinqi və məlumatların etibarlılığının yoxlanılmasına cavabdeh olan işçilər işdən çıxarılmaları barədə bildirişlər alıblar.
Eyni zamanda, bir çox işçi korporativ poçta girişdən məhrum edilib.
Ümumilikdə, tvitterdə dünya üzrə 7,5 minə qədər işçi çalışır.