Fotosessiya
Fotosessiya

Rəngarəng “Halloween”də Hollivud ulduzları

Rəngarəng “Halloween”də Hollivud ulduzları

Hollivud ulduzları ötən gün ən çox müzakirə olunanlar arasında yer alıb.

OLAY yazır ki, buna səbəb onların “Halloween” obrazları olub. Sosial media hesablarında paylaşımlar edən sənətçilərin hərəsi bir qiyafəyə bürünüb.

Kendall Cenner “Oyuncaq hekayəsi” filminin obrazı kimi kamera qarşısına keçib.

Müğənni Şon Mendes isə İndiana Cons olub.

Lili Reynhart, Medelin Petş və Kamila Mendes “Hocus Pocus” layihəsindəki Sanderson bacılarını canlandırıblar.

Paris Hilton “Ay savaşçısı” olmağı seçib.

Meqan Foks və sevgilisi Maşin Qan Kelli Pamela Enderson və Tommi Li obrazında olub.

Anya Teylor Coy “Super Mario”nun obrazı Şahzadə Piçin tərzində partilərdən birinə qatılıb.