Fotosessiya
Fotosessiya

Handedən huşunu itirməsi xəbərlərinə reaksiya

Handedən huşunu itirməsi xəbərlərinə reaksiya

Hande Yener haqqında çıxan səhnədə huşunu itirməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat paylaşıb.

O, yayılan xəbərlərin şişirdildiyini vurğulayıb.

Hande bildirib ki, səhnədəki duman onu narahat etdiyi üçün çölə çıxmaq istəyib:

“Nə ürəyi getmək... Səhnədəki dumana görə nəfəs almaqda çətinlik çəkib bayıra çıxdım. Sonra qayıdıb konsertimə davam etdim… Mənim təkcə sizə ürəyim gedir. Mənim üçün narahat olan, maraqlanan, gözəl və şəfalı mesajlarınız üçün təşəkkür edirəm”.

Xatırladaq ki, bu gün ifaçının Ataşehirdə konsert zamanı huşunu itirdiyi ilə bağlı xəbərlər yayılıb.