Fotosessiya
Fotosessiya

Rəsul 5 il müddətinə həbs edildi

Rəsul 5 il müddətinə həbs edildi

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum edilib.

OLAY “Report”a istinadən yazır ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan başqa, digər təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib.

Xatırladaq ki, prokuror Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulovun 7 il 6 ay, Orxan Səfərli və Ruslan Məmmədovun isə 5 il 3 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu ilin aprelində Səbail rayonunda qeydə alınıb.