Türk aktrisa Serenay Sarıkaya “Elle” jurnalının çəkilişindən olan kadrarxası görüntüləri paylaşıb.
OLAY yazır ki, sənətçi çəkiliş üçün geyindiyi müxtəlif “look”larda güzgü qarşısına keçərək fotolar çəkdirib.
Serenay şəkilləri 9,3 milyonluq instaqram hesabında izləyicilərlə bölüşüb.
Qısa zamanda sözügedən paylaşıma minlərlə bəyənmə və şərhlər gəlib.