Fotosessiya
Fotosessiya

Dünyanın ən fotogenik qızı öldü

Dünyanın ən fotogenik qızı öldü

Məşhur amerikan aktrisa Venetia Stivenson 84 yaşında vəfat edib. 

OLAY yazır ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Stivenson parkinson xəstəliyi ilə mübarizə apardıqdan sonra Atlantadakı tibb müəssisəsində dünyasını dəyişib.

Qeyd edək ki, aktrisa “Darby's Rangers”, “Isle of Lost Women” və "”Hotel of Horrors” kimi layihələrdəki rolları ilə tanınır. Ulduz həm də Burt Reynoldsun prodüser şirkətində ssenarist kimi çalışıb. Yaşadığı müddətdə o, “dünyanın ən fotogenik qızı” adlandırılıb.