Fotosessiya
Fotosessiya

Avşarın qızından eşq iddialarına cavab

Avşarın qızından eşq iddialarına cavab

Müğənni Hülya Avşarın qızı Zehra Çilingiroğlu Mehmet Dinçerlerlə eşq iddialarına münasibət bildirib.

OLAY yazır ki, o, sözügedən xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib:

“Dostlarımla getdiyim məkanda onunla qarşılaşdıq. Deyilənlər yalandır. Bu məsələyə görə məhkəməyə müraciət edəcəm, yalan xəbər yayıldığı üçün təzminat alacam”.

Qeyd edək ki, Zehra ötən gün pop ulduz Hadisenin ayrıldığı həyat yoldaşı M. Dinçerlerlə görüntülənib.