Fotosessiya
Fotosessiya

Bensunun adından dələduzluq etdilər

Bensunun adından dələduzluq etdilər

Aktrisa Bensu Soralın adından dələduzluq edilib.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.

Bensu deyib ki, artıq istifadə etmədiyi, keçmiş nömrəsinin yeni sahibi dələduzluqla məşğuldur:

“2018-ci ildə bağlatdırdığım və daha sonra heç bir əlaqəm olmayan nömrəmlə insanların aldadıldığını eşidirəm. Xəttin yeni sahibi adımdan istifadə edərək insanlardan pul istəyir. Bu nömrədən bir mesaj gəlsə, etibar etməyin. Vəziyyətlə bağlı hüquqi işlərə başlanılıb”.