Türkiyənin məşhur rok qrupu “Athena”nın üzvü Hakan Özoğuz xərçəngə tutulub.
OLAY yazır ki, Hakan bu səbəblə bir müddətdir konsertlərdə yer almır.
Onun hazırda səhhətinin nisbətən yaxşı olduğu və müalicə aldığı xəstəxanadan evə buraxıldığı qeyd olunub.
Xatırladaq ki, qrupun solisti Gökhan Özoğuzla Hakan qardaşdır.