Fotosessiya
Fotosessiya

Eyvandan Tarkana baxmaq üçün 500 dollar!

Eyvandan Tarkana baxmaq üçün 500 dollar!

Türkiyənin pop ulduzu Tarkan sentyabrın 9-da İzmirdə konsert proqramı ilə çıxış edəcək. 

OLAY yazır ki, Gündoğdu Meydanında baş tutacaq musiqili gecə pulsuz olacaq. Lakin, meydana yaxın bina sakinləri tədbirlə bağlı maraqlı addım atıb.  Onlar əraziyə baxan eyvanlarını kirayə verməyə başlayıblar ki, məsafədən asılı olaraq yerlər 100-500 dollar arası dəyişir.

Bununla da, izdihamda narahatlıqla gecəni izləmək istəməyənlər sözügedən eyvanlardan yararlana biləcəklər.