Fotosessiya
Fotosessiya

Hazaldan hamiləlik pozaları

Hazaldan hamiləlik pozaları

İkinci dəfə ana olmağa hazırlaşan türk aktrisa Hazal Kaya sosial şəbəkədə yeni hamiləlik fotolarını paylaşıb.

OLAY yazır ki, Hazalın hamiləlik görüntüləri instaqramda qısa zamanda minlərə bəyənmə və şərh toplayıb.

Aktrisa dünyaya gələcək qızına Leyla adını qoymaq istədiklərini, ancaq hələ dəqiq qərar vermədiklərini vurğulayıb.

Qeyd edək ki, Kaya həmkarı Ali Atayla evlidir. Cütlüyün Fikret Ali adında bir oğlu var.