59-cu Antalya “Altın Portakal” film festivalının münsiflər heyəti elan olunub.
OLAY yazır ki, bu il festivalda mükafat alacaq filmləri və adları türk aktrisa Nurgül Yeşilçay seçəcək.
Həmçinin, münsiflər arasında Ahmet Mümtaz Taylan, Harun Tekin, Azra Deniz Okyay, Haydar Ergülen kimi adlar da yer alacaq.
Qeyd edək ki, festival 1-8 oktyabr tarixlərində keçiriləcək.