Fotosessiya
Fotosessiya

9 milyonluq toyun fotoları yayıldı

9 milyonluq toyun fotoları yayıldı

Müğənni Cennifer Lopez və aktyor Ben Afflekin möhtəşəm toyunun fotoları ortaya çıxıb.

OLAY yazır ki, 17 il sonra yenidən bir araya gələn cütlüyün özəl gününün şəkilləri pop ulduzun şəxsi OnTheJLo.com saytında paylaşılıb.

Fotoqraf Con Russonun çəkdiyi fotolar həm cütlüyün ən özəl anlarını, həm də toyun bütün detallarını üzə çıxarıb.

Bildirək ki, iki məşhurun toyu ABŞ-ın Corciya ştatında 8,9 milyon dollarlıq malikanədə dəbdəbəli mərasimlə baş tutub.