Fotosessiya
Fotosessiya

Foto çəkdirmək üçün pul tələb edir

Foto çəkdirmək üçün pul tələb edir

Dünyaca məşhur ingilis aktrisa Emilia Clark pərəstişkarları ilə fotolar və qısa söhbətlər üçün pul tələb edir.

OLAY yazır ki, Clark hər kadra görə 150 funt sterlinq(təxmini 300 manat) istəyir.

Onunla görüşüb söhbət etmək istəyənlər isə 400 funt sterlinq(təxmini 800 manat) ödəməlidirlər.

Qeyd edək ki, pərəstişkarları ilə foto çəkdirmək üçün pul tələb edən məşhur təkcə Emilia Clark deyil. Aktyor Benedikt Kamberbetç də 2017-ci ildə pərəstişkarları ilə üç min foto çəkdirərək 240 min funt sterlinq qazanıb.