Fotosessiya
Fotosessiya

Cemi tənqid edən Baxçalını qınadı

Cemi tənqid edən Baxçalını qınadı

Türkiyənin məşhur aktyoru Mert Fırat  komediya ustadı Cem Yılmazı tənqid edən Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını qınayıb.

OLAY yazır ki, o, tvitterdə post paylaşaraq müxalifət liderinin çıxışını mənasız adlandırıb:

“Avropanın ən yüksək inflyasiyası,əhalinin 70%-i yoxsulluq həddinin altında yaşayır, çörək 5 TL, benzin litri 30 TL, elektrik enerjisi kirayədən bahadır. Ancaq bircə problemimiz var, Netflix və Cem Yılmaz”.

Qeyd edək ki, D. Baxçalı Netflix platformasında yayımlanan Cemin “Erşan Kuneri” filmini tənqid etmiş, əxlaqsızlığın təbliğ olunduğunu bildirmişdi.