2018-ci ildə Braziliya gözəli seçilən Gleycy Correia dünyasını dəyişib.
OLAY yazır ki, 27 yaşlı model badamcıq əməliyyatından 5 gün sonra güclü qan itkisi səbəbindən infarkt keçirib, reanimasiya şöbəsinə yerləşdirilib.
İki ay apardığı mübarizədən sonra Correia dünyasını dəyişib.
Modlein ailə dostu Jak Abreu verdiyi açıqlamada modelin əməliyyat zamanı səhv müdaxilə nəticəsində öldüyünü qeyd edib.