Kıvanç Tatlıtuğ yeni doğulan oğluna ev alıb.
OLAY yazır ki, aktyor Kurt Efeyə mənzili İngiltərənin paytaxtı Londondan seçib. Tatlıtuğ 2 otaqlı ev üçün 670 min pound (təxminən, 1 milyon 432 833 manat) ödəyib.
Bildirilir ki, Başak Dizerlə evli olan sənətçi bu evi həm də tətil üçün istifadə edəcək.
Qeyd edək ki, cütlüyün övladı ötən ay dünyaya gəlib.