Fotosessiya
Fotosessiya

Satdıqları toy görüntülərini paylaşdılar

Satdıqları toy görüntülərini paylaşdılar

Bruklin Bekham və Nikola Peltzin toyundan özəl görüntülər paylaşılıb.

OLAY yazır ki, “Vogue” jurnalının satın aldığı fotolar İnstaqramda yayılıb.

Həmçinin bildirilib ki, Nikolanın geyimi Valentino brendinə məxsusdur, 255 min AZN qiyməti var. Bəyin paltarı isə Dior-a məxsusdur. 

Qeyd edək ki, toy gəlinin ailəsinin dəyəri 76 milyon sterlinq olan Florida, “Palm Beach”dəki malikanəsində gerçəkləşib. 2020-ci ilin iyulunda nişanlanan cütlüyün evlilik müqaviləsi imzalaması mediada səs-küyə səbəb olub. Bu müqavilə 23 yaşlı Bruklin və 27 yaşlı Nikola üçün bağlayıcı özəllik daşıyır.

Müqaviləyə əsasən, onlar boşandıqları halda hər iksi də ailələrindən qaynaqlanan sərvətdən pay almayacaq.

Onu da bildirək ki, Bekham ailəsinin sərvəti 380 milyon sterlinq, Peltz ailəsinin sərvəsi isə 1,3 milyard sterlinqdir.

Bekham ailəsinə gəlin gedən Nikolanın atası Nelson Peltz ölkəsinin ən varlı şəxsləri arasındadır. Anası Kladuia Hefner isə keçmiş modeldir.