Fotosessiya
Fotosessiya

Evini 13,5 milyon dollara satdı

Evini 13,5 milyon dollara satdı

Amerikalı aktrisa və aparıcı Ellen Degeneres Kaliforniyanın Montecito şəhərindəki evlərindən birini 13,5 milyon dollara satıb.

OLAY yazır ki, xeyli mülkə sahib olan 64 yaşlı Degeneres bu mənzili 6 ay əvvəl 12 milyon dollara alıb.

Lakin o, villain təmir edib bəzi dekorasiya dəyişikliyi etdikdən sonra 1,9 milyon dollar gəlirlə satmaq istəyib. Həmin qiymətə alıcı tapmayan Ellen endirim etməli olub.

Qeyd edək ki, “Forbes” məlumatlarına görə, özünün televiziya şousu olan Degeneresin şəxsi sərvəti 370 milyon dollardır.