İllər əvvəl “Yılan hikayesi” serialında baş rolu paylaşan Meltem Cumbul və Mehmet Ali Alabora bir araya gəlib.
OLAY yazır ki, uzun müddətdir Türkiyədən köçən və xaricdə yaşayan Mehmet Meltem ilə Londonda görüşüb.
Keçmiş tərəf müqabili ilə şəklini səhifəsində yerləşdirən Alabora “Nəhayət” şərhini yazıb.
Qeyd edək ki, “Yılan hikayesi” serialı 1999-2002-ci illərdə yayımlanmış, həmin dövrdə reytinqli layihələrdən biri olmuşdur. Mehmet serialda Memoli, Meltem isə Zeyno obrazını canlandırırdı.